google-cihazlarinda-tekrar-emal-materiallarindan-istifade-edecek

"Google" cihazlarında təkrar emal materiallarından istifadə edəcək

"Google" ətraf mühitin çirklənməsini azaltmaq üçün məhsullarında təkrar emal materiallarından istifadə edəcəyini açıqlayıb.

İnsider.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Google" ətraf mühitin çirklənməsinin artması səbəbindən məhsullarında təkrar emal olunmuş materiallardan istifadə edəcəyini açıqlayıb. 2022-ci ilə qədər şirkət tərəfindən istehsal olunan bütün məhsullarda təkrar emal edilmiş materiallar istifadə ediləcək.

"Chromecast" məhsulunda təkrar emal olunmuş plastik istifadə etməyə başlayan şirkət, "Google Home" istehsal prosesində də plastik şüşələrdən istifadə edir.

Şirkətin məhsullarına "Pixel" telefonları, "Pixelbook", "Google Home", "Google Nest", "Chromecast" və telefon aksesuarları daxildir.

İstehsal prosesindən əlavə olaraq, "Google" ətraf mühitin qorunması üçün məhsul göndərmə prosesini "karbon neytral" layihəsi ilə tətbiq edəcək və buna nail olmaq üçün tədarük şirkətləri ilə birlikdə işləyəcək. 

Ətraf mühitin qorunması və davamlılığının təmin edilməsi məqsədiylə reallaşdırılacaq "karbon neytral" layihəsi çərçivəsində 2020-ci ildə şirkət tərəfindən ediləcək bütün göndərmələrin "karbon neytral" olması hədəflənir.

Şirkət, həmçinin ABŞ istifadəçilərindən istifadə edilməmiş cihazları təkrar emal edərək bu cihazların ətraf mühitə zərər vermədən yenidən istehsal prosesində istifadə etmələrini təmin edir.

Nübar Lətifli