google-daha-planset-istehsal-etmeyecek

“Google” daha planşet istehsal etməyəcək

“Google” fərdi planşetlərinin tərtibatını və istehsalını dayandırdığını elan edib.

Bu barədə İnsider.az “Computer World”-ə istinadla xəbər verir.

Lakin şirkət 2024-cü il iyun ayınadək “Slate” üçün proqram təminatının yenilənmələrini buraxmağı söz verib.

“Google” diqqətini “Pixelbook” noutbuklarının buraxılışına cəmləndirəcək.

Qeyd edək ki, planşetlərin üzərində çalışan əməkdaşların bir qismi noutbuk tərtibatı ilə məşğul olan şöbəyə keçəcək. Daha bir işçi qrupu isə öncədən digər layihələrə keçirilmişdi.

Samirə Məmmədova