google-seyahet-proqramini-legv-etdi

Google səyahət proqramını ləğv etdi

Google istifadəçiləri arasında populyar olmayan "Google Trips" səyahət tətbiqetməsini bağladı.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, Google tərəfindən 2016-cı ildə Android və iOS əməliyyat sistemləri üçün hazırlanan "Google Trips" Google-un uğursuz tətbiqlərindən biri oldu. Google Plus-un müvəffəqiyyətli ola bilməməsinə görə tətbiqi bağlayan Google, indi də səyahət tətbiqini dayandırıb.

Dünən bağlanan tətbiqin bu vəziyyətə gəlməsinin ən başlıca səbəbi isə Google-un özü olub. Google xəritələr və axtarış motorları vasitəsilə istifadəçilərə oxşar xidmətləri təklifləri etməsi istifadəçilərin "Google Trips" kimi tətbiqlərə maraq göstərməsinə mane olur.

İstifadəyə verildiyi ilk vaxtlarda yalnız xəritə olaraq düşünülsə də "Google Maps" istifadəçilərin axtardıqları məkan və ya ətrafı haqda daha ətraflı məlumatları vrən bir platformaya çevrilib. 

Qeyd edək ki, şirkətin böyük ümidlərlə başladığı sosial media platforması gözlənilən marağı görmədiyi üçün bağlanmışdı.

Nübar Lətifli