google-un-siyaseti-yandeks-ve-kasperski-laboratoriyasi-nin-isine-tesir-etdi

“Google”-un siyasəti “Yandeks” və “Kasperski Laboratoriyası”-nın işinə təsir etdi

“Android” üçün “Kaspersky Internet Security” və “Yandeks” mobil tətbiq istifadəçiləri funksiyaların bir qisminin işləməyi dayandırdığını “Google Play”-ə şikayət ediblər. İnsider.az bu barədə “RBK”-ya istinadla xəbər verir.

İstifadəçilər qeyd edir ki, “Yandeks” tətbiqlərində artıq “Avtomatik nömrə təyinedicisi”  (ANT) funksiyasından istifadə etmək olmaz. “Kaspersky Internet Security”-də isə müəyyən telefon nömrələrindən gələn zənglərin bloklanma imkanı (“Zənglərin filtri” funksiyası) itib.

“Yandeks”-dən bu məsələyə ötən ilin sonunda “Google”-un “Android” siyasətinin dəyişiklikləri elan etməsini bildirərək, aydınlıq gətirib. Artıq zəng barədə verilənlərə ancaq sistemdə avtomatik quraşdırılmış səsli köməkçi və ya bunun əsas funksionallığı olan tətbiq sahib ola bilər. Nömrə təyinedicisinin işə salınması üçün istifadəçi  “Google Assistant” yerinə “Alisa”-nı seçməlidir.

“Kasperski Laboratoriyası”-nda isə “Google”-un yeni siyasətinə görə öz tətbiqlərindən “Zənglərin filtri”, “Privatlığın qorunması” (internetdə istifadəçi fəallığı barədə məlumat yığımını məhdudlaşdırır) və “SMS-antifişinq” (SMS-də zərər daşıyan saytlara olan linkləri bloklayır) funksiyalarını silməli olub.

Bəzi ekspertlərin sözlərinə görə, yeni qaydalar vasitəsilə “Google” “qorunmada olan bacaları bağlayır.

Qeyd edək ki, “Google”-un özü isə ayrıca halları şərh etmədiklərini və “Android” istifadə siyasətinin dərc olunduğunu bildirdi.

Samirə Məmmədova