google-youtube-da-nifret-oyadan-videolarin-yayilmasi-ile-bagli-problemi-tesdiqleyib

“Google” “YouTube”-da nifrət oyadan videoların yayılması ilə bağlı problemi təsdiqləyib

“Google”-un rəhbəri Sundar Piçai hesab edir ki, “YouTube” hələ ki, nifrət oyadan çarxların silinməsi üzərində kifayət qədər yaxşı işləmir. İnsider.az-ın məlumatına görə, o, bu barədə “Axios”-a müsaibəsində deyib.

Piçai vurğulayır ki, platformada formal olaraq servis qaydalarını pozmayan, lakin istifadəçilərə zərər yetirə biləcəkləri üçün silinməsi lazım olan materiallar hələ də yayılır. “Axios”-un qeyd etdiyinə görə, “YouTube” “Google”-un ən çətin problemlərindən biridir, çünki servisi daima dezinformasiya və qeyri-leqal video yayılmasında ittiham edirlər.

Qeyd edək ki, 2019-cu ilin iyun ayının əvvəlində “YouTube” öz qaydalarını yenilədi. Şirkət hər hansısa əlamətə görə ayrıseçkiliyi təbliğ edən videonu, həmçinin Holokost və ya Sendi Huk orta məktəbindəki atışmanı inkar edən kontenti siləcək.

“YouТube” həmçinin “sərhəd” kontentinin və dezinformasiyanın yayılmasının qarşısını alacaq. Məsələn, şirkət tövsiyələrdəki Yerin düz olduğu iddia olunan videonu siləcək. Servis artıq sistemin yenilənmsini ABŞ-da test edib, 2019-cu ilin sonuna doğru isə mexanizmi digər ölkələrə yayacaq.

Samirə Məmmədova