gurcustanin-azerbaycana-borcu-aciqlandi-siyahi

Gürcüstanın Azərbaycana borcu açıqlandı - SİYAHI

Cari ilin yanvar–mart aylarında Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 388, 974 milyon ABŞ dollar təşkil edib. Borcun 5 milyard 222, 384 milyon dolları hökumətin payına düşür. 

İnsider.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında məlumat verilib. 

Məlumatda bildirilir ki, Gürcüstanın Azərbaycana borcu dəyişməyib. Bu il aprelin 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana borcu 7 milyon 435 min dollar təşkil edib. 

Gürcüstanın ən çox borcu Almaniyayadır – 320 milyon 233 min dollar. İkinci yerdə 248 milyon 481 min dollarla Fransa, üçüncü yerdə isə 212 milyon 609 min dollarla Yaponiya qərarlaşıb.

©report