gurcustanin-hotel-sahibleri-rusiyali-turistleri-bakidan-avtobuslarla-catdirmagi-teklif-edibler

Gürcüstanın hotel sahibləri rusiyalı turistləri Bakıdan avtobuslarla çatdırmağı təklif ediblər

Gürcüstanın Mehmanxanalar və Restoranlar Assosiasiyasının rəhbəri Şalva Alaverdaşvili İqtisadiyyat Nazirliyinə və turizm sektoru nümayəndələrinə rusiyalı turistləri Gürcüstana çatdırmaq üçün Bakı, Yerevan və Trabzon hava limanlarından pulsuz avtobusların işə salınması təklifini təqdim edib. İnsider.az bu barədə xəbəri “Kommersant”-a istinadla xəbər verir.

Assosiasiya rəhbəri həmçinin Gürcüstanın “Birinci kanalı” efirində çarter reyslərinin təyin edilməsi barədə müzakirələrin aparıldığını da deyib. Onun sözlərinə görə, aralarında Ukrayna və Qazaxıstanın da olduğu bəzi ölkələr artıq buna hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, Gürcüstandakı Rusiya əleyhinə etirazlarla əlaqədar, Rusiya aviaşirkətlərinin Gürcüstan reyslərinə qadağa qoyulub.

Samirə Məmmədova