hakerler-outlook-istifadecilerinin-mektublarina-giris-elde-edibler

Hakerlər “Outlook” istifadəçilərinin məktublarına giriş əldə ediblər

“Microsoft” hakerlərin “Outlook” məktublarının içindəkilərinə girişi əldə etdiyini təsdiqləyib.

İnsider.az “Vesti”-yə istinadla bildirir ki, hakerlər “Outlook”-u oğurlanan “iPhone”-ları bloklamadan çıxarmaq üçün istifadə edirmişlər. Korporasiyanın rəsmi bloqunda olan məlumata əsasən, üçüncü şəxslər istifadəçilərin hesablarına, demək olar, üç ay boyu girə biliblər.

Cinayətkarlar “Outlook” texniki dəstəyinin məlumatlarını oğurlamağa, sonra isə ancaq poçt qutularının ünvanlarına, məktub başlıqlarına və qovluq adlarına giriş əldə etməyə nail olublar.

Şirkətin bloqunda deyilir ki, hücum poçt servisinin bütün auditoriyasının təxminən 6%-nə toxunub. Bu isə, ötən ilin statistikasına əsaslanansaq, təxminən 25 milyon adam edir.

Şirkətin yaydığı ismarıcda qeyd olunur ki, hücum yanvarın 1-dən martın 28-nə kimi olan dövrü əhatə edib.

Samirə Məmmədova