hakimlerin-maaslarinin-artirilmasi-ile-bagli-layihe-hazirlanir

Hakimlərin maaşlarının artırılması ilə bağlı layihə HAZIRLANIR

Bildiyimiz kimi, Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanında hakimlərin əmək haqqının əhəmiyyətli dərəcədə artırılması, məhkəmə-palata işçilərinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı müddəalar nəzərdə tutulub. 

İnsider.az xəbər verir ki, E-huquq.az-ın məlumatına görə, Fərmandan irəli gələn məsələlər Məhkəmə-Hüquq Şurasında təhlil edilir.

Artıq hakimlərin və məhkəmə aparatı işçilərinin maaşlarının artırılması ilə bağlı işçi qrupu tərəfindən layihələr hazırlanıb.