hesablama-palatasi-rayonlarin-bir-il-ucun-olan-gelirini-aciqlayib

Hesablama Palatası rayonların bir il üçün olan gəlirini açıqlayıb

Hesabat ilində yerli gəlirlərin yüksək icra səviyyəsi bir sıra rayonlar üzrə mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılmış məbləğlə müqayisədə az olmasına səbəb olub.

İnsider.az Hesablama Palatasının hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri proqnozlaşdırıldığı kimi, Bakı şəhəri istisna olmaqla ölkənin 33 şəhər və rayonu üzrə xərclər isə dövlət büdcəsindən vəsait almadan öz gəlirləri hesabına təmin edilib.  Bu barədə Hesablama Palatasının rəyində göstərilib. Bildirilib ki, qalan 32 regionun gəlir və xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 70575,0 min manat məbləğində proqnoza qarşı 56002,0 min manat və ya 79,4% səviyyəsində yerinə yetirilib.

Füzuli, Zərdab və Zaqatala rayonları istisna olmaqla, digər rayonlar üzrə gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsaitlər proqnozlaşdırıldığından daha az həcmdə ayrılıb.