hesablama-palatasina-yeni-cerimeler-tetbiq-etmek-selahiyyeti-verilib

Hesablama Palatasına yeni cərimələr tətbiq etmək səlahiyyəti verilib

Hesablama Palatasına yeni cərimələr tətbiq etmək səlahiyyəti verilib.

Insider.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə sərəncam imzaladığı İnzibati Xətalar Məcəlləsində dəyişikliklərdə əksini tapıb.

Beləliklə, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, dövlətə dəyər zərərin ödənilməsi və şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin obyektlərinə və nəzarət predmeti ilə əlaqədar aidiyyatı tərəflərə göndərilmiş Hesablama Palatasının qərarlarının əsassız icra edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.