honkonqun-bascisi-ekstradisiya-haqda-qanunu-aktual-hesab-etmir

Honkonqun başçısı ekstradisiya haqda qanunu aktual hesab etmir

Honkonq administrasiyasının rəhbəri Kerri Lam bildirib ki, etiraz dalğasına səbəb olan ekstradisiya barədə qanun qeyri-aktualdır. O, sənədin üzərində gedən işin “tamamilə iflas etmiş” olduğunu etiraf edib. İnsider.az bunu “Reuters”-ə istinadla xəbər verir.

Xatırladaq ki, iyunun 9-dan Honkonqda yeni qanun layihəsinə qarşı kütləvi etirazlar davam edir. Yeni qanun ÇXR qanunlarının pozulmasında şübhəli bilinənlərin qitədəki Çinə ekstradisiyasına icazə verməli idi. İyunun 12-i polis gözyaşardıcı qaz və rezin güllələr tətbiq edib, 80 etirazçı xəsarət alıb.

Qeyd edək ki, ən irimiqyaslı aksiya iyunun 16-ı baş verib – həmin gün küçələrə təxminən 2 milyon insan çıxıb.

Samirə Məmmədova