honqkonqda-butun-aviareysler-legv-edilib

Honqkonqda bütün aviareyslər ləğv edilib

Buna səbəb etirazçıların hava limanının binasını ələ keçirməsidir. səbəbindən avqustun 12-də Honqkonqdan olan bütün uçuşlar ləğv edilib.

"Bütün çıxan reyslərə qeydiyyat ləğv edilib", - "South China Morning Post" nəşri Honqkonq Beynəlxalq Hava Limanının operatoruna istinadən yazır.

İnsider.az xəbər verir ki, qeydiyyatı başa çatmış, həmçinin artıq ölkəyə gəlmək üçün yolda olan reyslər ləğv edilməyib.

Hava limanına aparan yollarda kütləvi tıxaclar var.

Report