huawei-audi-ile-birge-pilotsuz-avtomobillerin-tertibati-ile-mesguldur

“Huawei” “Audi” ilə birgə pilotsuz avtomobillərin tərtibatı ilə məşğuldur

Çinin “Huawei” smartfon istehsalçısı pilotsuz avtomobillər üçün proqram təminatı üzərində çalışır. Şirkət “Audi” (“Volkswagen” konserninə daxildir), həmçinin Çinin “GAC Group”, “Beijing New Energy Automobile” və “Changan Automobile” avtoistehsalçıları ilə əməkdaşlıq edir. İnsider.az bu barədə “Financial Times”-a istinadla xəbər verir.

“Huawei”-in baş strateji tərtibatçısı Denq Venşuanın sözlərinə görə, “Huawei” texnologiyaları ilə təciz olunmuş avtomobil Çin və Avropada 2021 və ya 2022-ci ildə təqdim oluna bilər. Üstəlik, top-menecer qeyd edib ki, çin avtoistehsalçılarının tərtibatları daha irəliləmiş mərhələdədir.

“Huawei” avtonomluğun dördüncü dərəcə texnolgiyası üzərində çalışır – belə avtomobil sərbəst hərəkət edə bilir, lakin sistem sürücü tərəfindən nəzarəti tələb edir.

Şirkətin top-meneceri həmçinin pilotsuz avtomobilin dəyərinin 70%-in onun proqram təminatından asılı olacağını bəyan edib. Venşuanın fikrincə, bu o deməkdir ki, avtomobilə olan dəyəri avtoistehsalçılar deyil, “Huawei” kimi texnoloji şirkətlər diktə edəcək.

Samirə Məmmədova