huawei-bezi-smartfonlarin-bloklama-ekranina-booking-com-un-reklamini-elave-edib

“Huawei” bəzi smartfonların bloklama ekranına “Booking.com”-un reklamını əlavə edib

“Huawei”-in bəzi istifadəçiləri öz smartfonlarının bloklama ekranlarında olan başlıq şəkil əvəzinə mənzil bronu servisi olan “Booking.com”-un reklamının peyda olduğuna fikir veriblər.

İnsider.az-ın məlumatına görə, “Android Police” bildirir ki, reklam “Huawei 30 Pro”, “P20”, “P20 Lite”, “Honor 10” və “P20 Pro” smartfonlarında çıxır. Reklam barədə ismarışlar Böyük Britaniya, Niderland, İrlandiya və digər ölkələrdən olan istifadəçilərdən gəlir.

Elanlar bloklama ekranlarında divar kağızlarını dəyişməyən sahiblərin cihazlarında çıxır. Reklamdan qurtulmağın yeganə üsulu başlıq şəkil kimi əvvəlcədən quraşdırılmış şəkilləri istifadə etməməkdir.

“Huawei”-dən vəziyyəti rəsmi olaraq şərh etmirlər. Lakin istifadəçilərdən birinə verilən ismarışda reklamı istənilən vaxt söndürməyin mümkün olduğu deyilir. Bunun üçün şəkli yuxarı sürüşdürmək və ayarların nişanına basmaq kifayətdir.

Samirə Məmmədova