huawei-gelirlerini-artirib

"Huawei" gəlirlərini artırıb

Çinli texnologiya istehsalçısı, ABŞ-ın geniş sanksiyalarına baxmayaraq, ilin ikinci rübündə 32,2 milyard dollar gəlir əldə edib

İnsider.az xəbər verir ki, Huawei-dən verilən məlumata görə, şirkət, ilin ikinci rübündə (Aprel-May-iyun) 32,2 milyard dollar gəlir əldə edərək ilin ilk rübü ilə müqayisədə gəlirlərini 23,2 faiz artırıb.

Huawei, ilin ilk yarısında 24 faiz artımla 118 milyon ədəd ağıllı telefon satışı həyata keçirib.

Şirkətin bu ilin ilk yarısındakı xalis mənfəəti isə 8,7 faiz artıb.

ABŞ və Çin arasındakı ticarət müharibəsi davam edir.  Huawei Amerika rəhbərliyinin və ABŞ-ın texnologiya nəhənglərinin təzyiq altındadır. 

Huawei-nin İdarə Heyətinin sədri Liang Hua, şirkət gəlirlərinin May ayında sürətli artım göstərdiyini bildirib, O, sərmayə qoymağa davam edəcəklərini deyib.

Huawei, təşkilati-hüquqi forma səbəbilə maliyyə vəziyyətinə dair rəqəmləri açıq səhmdar cəmiyyəti olan digər rəqiblərinə nisbətən daha az təfsilatla açıqlayır. 

©Marja