huawei-rehberi-cinde-apple-qadcetlerinin-satisina-qadagaya-qarsi-cixib

“Huawei” rəhbəri Çində “Apple” qadcetlərinin satışına qadağaya qarşı çıxıb

Çinin “Huawei Technologies” telekommunikasiya şirkətinin prezidenti Jen Çjenfey amerikalı ÇXR bazarının “Apple” məhsulları üçün bağlanmasına qarşı çıxdı. İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir.

Belə ssenari ABŞ-IN “Huawei”-ə münasibətdə addımlarına qarşı cavab tədbirləri kimi nəzərdə tutula bilər.

“Əvvəla bu, baş verməyəcək. İkincisi, bu baş versə, mən buna qarşı olacaq ilk adam olacağam”, - Çjenfey müsahibəsində “Bloomberg”-ə bildirib.

Çjenfey “Apple-“-ı “öz müəllimi” və bazarın qeyd-şərtsiz lideri hesab etdiyini vurğulayıb.

“Şagird olaraq müəllimimə qarşı çıxa bilərəm mi? Heç vaxt”, - o, əlavə edib.

Samirə Məmmədova