huawei-sirketi-italiyaya-3-1-milyard-dollar-investisiya-qoyacaq

“Huawei” şirkəti İtaliyaya 3,1 milyard dollar investisiya qoyacaq

Çinin “Huawei” texnoloji nəhəngi ABŞ-ın şirkəti milli təhlükəsizlik üçün təhdid adlandırmasına baxmayaraq, yaxın illərdə İtaliyaya 3,1 milyard dollar investisiya yatırmaq və ölkədə mövqeyini möhkəmləndirmək niyyətindədir.

İnsider.az xəbər verir ki, Çin istehsalçısının planları barədə şirkətin İtaliya bölməsinin rəhbəri Tomas Myao məlumat verib.

Onun sözlərinə görə, növbəti üç ildə komplekt hissələrin alınmasına 1,9 milyard dollar investisiya qoyulacaq, 1,2 milyard dollar əməliyyat və marketinqə ayrılacaq, 52 milyon dollar isə elmi tədqiqat və təcrübi-konstruktor işlərinə yönəldiləcək.

“Huawei” İtaliyada min iş yeri yaratmağı planlaşdırır. Daha 2 min iş yerinin isə subpodratçı müqavilələr üzrə açılması nəzərdə tutulur.