ibm-red-hat-i-rekord-meblege-satin-aldi

“IBM” “Red Hat”-i rekord məbləğə satın aldı

“IBM” “Linux” əməliyyat sismeti əsasında açıq kodlu proqram təminatının tərtibatçısı olan “Red Hat”-in satınalması üzrə sövdələşməni yekunlaşdırıb.  Ümumi satınalma dəyəri 34 milyard dollara başa gəlib. İnsider.az bu barədə “Reuters”-ə istinadla xəbər verir.

Korporasiya sövdələşmə barədə ötən ilin oktyabrın sonunda elan edib. Nəşrin qeydinə görə, bu, şirkətin 100 illik fəaliyyət dövründə ən böyük satınalmasıdır.

Sövdələşmə mayda ABŞ, iyunun sonunda isə Aİ tənzimləyiciləri tərəfindən təsdiqlənib. “IBM” “Red Hat”-in bütün səhmlərini ayrı-ayrılıqda 190 dollar dəyərində alacaq.

“Red Hat” top-menecerləri şirkətdəki vəzifələrində qalacaqlar. “Red Hat” isə “IBM”-in tərkibində ayrıca bölmə olacaq.

Qeyd edək ki, “Red Hat” 1993-cü ildə yaranıb. Şirkət “Linux” əməliyyat sisteminin geniş tətbiq olunduğu bulud texnologiayaları sahəsindəki həllər üzərində ixtisaslaşır. “IBM” də bulud texnologiyalarını öz inkişafının əsas istiqamətlərindən biri sayır. Korporasiya “Red Hat”-in əldə edilməsinin “Amazon”, “Google” və “Microsoft”-dan olan rəqiblərini qabaqlamağa imkan yaradacağını düşünür.

Samirə Məmmədova