icbari-sigortadan-pulu-almagin-sade-yolu

İcbari sığortadan pulu almağın sadə yolu

Hazırda bir çox sürücülər qəza baş verdikdən sonra icbari sığortadan ödəniş almaqda çətinlik çəkirlər. İnsider.az xəbər verir ki, belə hallar xüsusən də 1000 manata qədər dəymiş ziyan olduqda daha çox rast gəlinir. İcbari sığorta xidməti göstərən sığorta şirkətləri Forma 4 istəyirlər. Əslində isə qanunda belə bir müddəa var:

58.2. Bu Qanunun 17.1.4-cü maddəsinə uyğun olaraq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən müvafiq icra hakimiyyəti orqanının verdiyi yol-nəqliyyat hadisəsi haqqında arayış aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda, habelə hadisə iştirakçılarının tərtib etdiyi və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etmələri şərtilə tələb olunmur: 
•    hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;
•    hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;
•    hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;
•    hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığorta şirkəti tərəfindən əsaslandırılımış şəkildə ehtimal edildikdə.

Əslində bu protokol siz icbari sığorta aldıqda sığorta şirkəti tərəfindən təqdim edilməlidir. Lakin hazırda icbari sığorta elektron qaydada əldə edildiyinə görə onu sizə heç kim təqdim etmir və ümumiyyətlə sığortaçılar çalışırlar ki, bu haqda sussunlar. Həmin protokolun nümunəsini və doldurulma qaydasını sizə tədim edirik:

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yol-nəqliyyat hadisəsi iştirakçılarının tərtib etdiyi protokolun forması
Protokolun doldurulma qaydası

Vacib qeyd - bu protokol YPX əməkdaşının doldurmalı olduğu protokolun eynisi deyil. Bunu sürücülər özləri doldururlar.

©avtostop.tv