ikinci-rubde-hasil-olunan-neft-ve-qazin-hecmi-aciqlandi

İkinci rübdə hasil olunan neft və qazın həcmi açıqlandı

Bu ilin ikinci rübündə Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə ümumilikdə 9 milyon tondan artıq neft, 8 milyard kubmetrdən çox qaz hasil edilib.

İnsider.az-ın xəbərinə görə, SOCAR-dan bildirilib ki, hesabat dövründə ölkədən 2,4 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar təbii qazın ixracında müşahidə edilən artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37 faiz olub.