ilham-eliyev-ve-mehriban-eliyeva-pirallahida-yenilenib

İlham Əliyev və Mehriban Əliyeva Pirallahıda - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı rayonunda “Nərəkənd” balıqyetişdirmə kompleksinin açılışında iştirak ediblər.

İnsider.az xəbər verir ki, Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün yeni yaşayış kompleksi inşa olunur.

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə inşa olunan binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olublar.

13:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak ediblər.

İnsider.az xəbər verir ki, avqustun 7-də Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzi və YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binası da istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin və Təşkilatın yeni inzibati binası binasının açılışında iştirak ediblər.

Həmçinin Azərbaycan Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksinin açılışında iştirak ediblər.