insanlari-marsa-aparacaq-cihazin-ilk-sinagi-oldu

İnsanları Marsa aparacaq cihazın ilk sınağı oldu

"SpaceX"-in insanları kosmosa göndərməyi planlaşdırdığı "Starhopper" kosmik aparatının ilk sınağı uğursuz olub.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, Elon Muska məxsus  "SpaceX" insanları kosmosa göndərmək üçün uzun müddətdir hazırlıq işləri görür. "Starship" adlı kosmik gəmi inşa edən şirkət gələcəkdə əvvəl Marsa, oradan da Aya insan daşımağı hədəfləyir. "Starship" raketini test etmək üçün hazırlanan "Starhopper" Teksasın Boca-Chica bölgəsində edilən ilk test vaxtı alovlanıb.

SpaceX şirkətinin verdiyi açıqlamada yanğın zamanı raketə kiçik zərər dəydiyi, gələn həftələrdə də sınaqların davam etdiriləcəyi bildirilib.

SpaceX-in yeni nəsil kosmik gəmisi olan "Starship" insanları və yükləri əvvəlcə orbitə, daha sonra Marsa daşımaq üçün hazırlanır. İstehsal əsnasında da bir çox dəyişikliyə uğrayan vasitənin istehsalında paslanmayan polad istifadə edilir. Gəmi ilk missiyasını 2022-ci ildə başlayacaq.

Nübar Lətifli