investorlar-sehven-zoom-startapinin-evezine-zoom-technologies-in-sehmlerini-aliblar

İnvestorlar səhvən “Zoom” startapının əvəzinə “Zoom Technologies”-in səhmlərini alıblar

Birjadakı tiker qarışıqlığına görə kommunikasiya avadanlığı istehsalçısı olan “Zoom Technologies” şirkətinin səhmləri 47 000% artıb.

İnsider.azCNBC”-yə istinadla xəbər verir ki, investorlar “Zoom Technologies” şirkətini “Zoom Video Communications” startapı ilə səhv salıb, yanlışlıqla onun kağızlarını alıblar. Bununla da “Zoom” videokonfrans servisinin səhmlərinin hərrac başlanğıcında 74% artmasına səbəb olublar.

Maraqlısı odur ki, “Zoom Technologies” “Zoom” tikerini istifadə etdiyi halda, “Zoom Video Communications” “ZM” tikerini işlədir.

Martın ortalarında “Zoom Technologies”-in səhmləri hər kağıza görə 0,005 dollar (0,0085 AZN) təşkil edirdi. İlkin ictimai təklifin (IPO) keçirilməsindən qabaq “Zoom Video Communications” kağızlarının qiyməti 5,5 dollara (9,35 AZN) yüksəldi. Hazırda isə səhmlərin dəyəri təxminən 2,7 dollar (4,59 AZN) təşkil edir.

Qeyd edək ki, Çinin “Zoom Technologies” şirkəti əvvəllər ABŞ-a simsiz bağlantı üçün avadanlıq təchiz edirdi. İstehsalçının ştatında 10 nəfər çalışır. 2014-cü ildə şirkətin səhmləri siyahısından “Nasdaq”-ı çıxardılar.

“Zoom”-un ilkin ictimai təklifi isə aprelin 18-i baş tutdu. Hərrac bağlandıqda kağızlarının dəyəri hər səhmə görə 62 dollar (105.40 AZN) təşkil etdi.

Samirə Məmmədova