ios-13-un-skrinsotlari-teqdimatdan-qabaq-sebekede-yayildi

“iOS 13”-ün skrinşotları təqdimatdan qabaq şəbəkədə yayıldı

Sosial şəbəkdə ayfonar üçün olan “iOS 13”-ün skrinşotları rəsmi təqdimatdan qabaq dərc olnub. Yeni əməliyyat sisteminin relizi cari ilin iyununda baş tutacaq. İnsider.az bu barədə “The Verge”-ə istinadla yazır.

Görüntülərə əsasən, işçi ekranlarının interfeysi dəyişməyib, lakin yeni əməliyyat sistemində əlçatan olacaq tünd mövzulu nümunələrə baxmaq olar. Tünd mövzu istifadəçilərin gözlərini qaranlıqda qoruyacaq, eyni zamanda enerji qənaətinə səbəb olacaq.

Daha bir yenilik skrinşotlarla iş üçün pəncərənin dəyişdirilmiş interfeysi olacaq. Alətlər olan ikonkalar rəngli olacaq, həmçinin düymələrin yerləşməsi dəyişəcək.

Qeyd edək ki, əməliyyat sisteminin rəsmi tqdimatı cari ilin iyunun 3-ü baş tutmalıdır.

Samirə Məmmədova