iran-abs-sanksiyalari-diplomatik-yolu-ebedi-baglayir

İran: ABŞ sanksiyaları diplomatik yolu əbədi bağlayır

İranın lideri Ayətullah Əli Xamneyi və Xarici işlər naziri Cavad Zərifi əhatə edən ABŞ sanksiyalarının Vaşinqton ilə diplomatik yolun əbədi bağlandığı mənasını verdiyini qeyd edilib.

İnsider.az xəbər verir ki, məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Mousavi, "İranın dini liderinə və ölkənin baş diplomatına qarşı boşuna sanksiyalar diplomatik yolun ABŞ hökuməti ilə əbədi bağlanması deməkdir. Tramp hökuməti qlobal sülhü və təhlükəsizliyi təmin etmək üçün qurulan bütün beynəlxalq mexanizmləri yox etməkdədir" deyib.

ABŞ Prezidenti Donald Tramp, Bazar ertəsi günü İslam Respublikası üzərindəki təzyiqi artırmağı qarşısına məqsəd qoyaraq, İranın lideri Ayətullah Əli Xamneyi və səkkiz yüksək vəzifəli hərbi komandirə sanksiya tətbiq edib.

ABŞ Xəzinə naziri Stiven Mnuchin, İran Xarici işlər naziri Cavad Zarifin də bu həftə ərzində ABŞ tərəfindən sanksiya siyahısına əlavə olunacağını bildirib.

©Marja