iran-hec-kimle-oz-raket-proqramini-muzakire-etmek-niyyetinde-deyil

İran heç kimlə öz raket proqramını müzakirə etmək niyyətində deyil

İran öz raket proqramını heç kimlə müzakirə etmək niyyətində deyil.

İnsider.az-ın məlumatına görə, bunu İranın BMT-dəki nümayəndəsi Əlireza Miryusefi bildirib.

“İran raketləri tamamilə və heç bir halda heç kimlə, heç bir ölkə ilə müzakirə mövzusu deyil”,— Əlireza Miryusefi KİV-in İran DİN rəhbəri Cavad Zərifin guya raket proqramı haqda danışıqlara hazır olduqları barədə sözlərinə dair xəbərə cavab olaraq “Twitter”də yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Mayk Pompeo İranın bu məsələ üzrə danışıqlar aparmağa hazır olduğunu bildirmişdi. ABŞ prezidenti Donald Tramp isə “onlar danışmaq istəyir, görək, nə olacaq” deyə bunu təsdiqləmişdi.

Samirə Məmmədova