iran-ile-rusiya-arasinda-12-anlasma-memorandumu-imzalanib

İran ilə Rusiya arasında 12 anlaşma memorandumu imzalanıb

İran ilə Rusiya arasında enerji, səhiyyə, dənizçilik və turizm kimi sahələrdə 12 anlaşma memorandumu imzalanıb. 

İnsider.az xəbər verir ki, İran dövlət mediasında yer alan xəbərlərə görə, Rusiyanın Energetika naziri Aleksandr Novak ilə İranın Energetika naziri Rıza Erdekaniyan, İsfahan şəhərindəki 15-ci İqtisadi və Ticarət Əməkdaşlıq Birgə Komissiyasının iclasında görüşüblər.

Erdekaniyan, toplantının yekununda çıxışında iki ölkə arasındakı iqtisadi əlaqələr çərçivəsində mühüm razılıqlar əldə etdiklərini və bunların region üzərində də təsiri olacağını bildirib.

İranın Energetika naziri, Buşehrdəki nüvə stansiyanın ikinci və üçüncü sahələrinin fəaliyyətə keçməsi, Hürmüzganda 1400 meqavat tutumlu 4 termik stansiyanın qurulması, Ahvazda Ramin elektrik stansiyasının optimallaşdırılması başda olmaqla elektrik enerjisi, dəmir yolu, səhiyyə, dənizçilik, turizm, texnologiya və digər sahələrdə Rusiya ilə İran arasında 12 anlaşma memorandumu imzalandığını bildirib.

©Marja