iranin-turizm-portali-azerbaycan-haqqinda-material-derc-edib

İranın turizm portalı Azərbaycan haqqında material dərc edib

Yay fəslinin gəlişi ilə əlaqədar olaraq insanlar səyahət etmək üçün yerlər seçir və mənalı istirahət etmək istəyirlər.

İnsider.az xəbər verir ki, İranın “Kojaro.com” turizm portalı iranlılara səyahət etmək və yaxşı dincəlmək üçün Azərbaycanı seçməyi məsləhət görür. “Kojaro” sözü fars dilindən tərcümədə “haraya” deməkdir. Yəni istirahət etmək üçün haraya getmək lazımdır.

Portal Abşeronun və Lənkəranın çimərlikləri və istirahət məkanları haqqında ətrafli məlumat verib. Qeyd olunub ki, Azərbaycanın əlverişli iqlimi və Xəzər dənizi sahilində gözəl məkanları var. Burada mənalı və rahat istirahət etmək mümkündür.

©AZƏRTAC