kasperski-laboratoriyasi-rebrendinq-kecirib-ve-loqosunu-deyisib

“Kasperski Laboratoriyası” rebrendinq keçirib və loqosunu dəyişib

“Kasperski Laboratoriyası” rebrendinq keçirib və loqosunu yeniləyib – loqodan “lab” sözü yoxa çıxıb.

İnsider.az bu barədə xəbəri “Rusbase”-ə istinadla çatdırır.

Yeni loqo həndəsi və riyazi dəqiq hərf formalarından qurulub. Bunun sayəsində, şirkətin Rusiyadakı marketinq idarəsinin rəhbəri Oleq Qudilinin izahına görə, loqo qavrama üçün daha rahat olub.

Köhnə loqo

Yeni loqo

“Bizim əvvəlki loqomuzun əsası 1997-ci ildə tərtib olunub, o vaxt biz yunan əlifbasının surətlərini və xırda detalları istifadə etmişdik. Bir çoxları   əvvəlki loqonu oxumaqda çətinlik yaşayırdı, o, həddən artıq ağır görünürdü. Həmin vaxtdan bəri o, dəyişirdi, lakin əsası əvvəlki kimi qalırdı”, — deyə Qudilin izah edir.

“Kasperski Laboratoriyası”-nın qeydinə görə, rebrendinq şirkətin kibertəhlükəsizlik təminatı kimi dar sahədən daha geniş “kiberimmunitet”-in düzülməsi konsepsiyasına qədər olan biznes strategiyasının təkamülüdür.

Samirə Məmmədova