kiv-assanj-ekvador-sefirliyinden-abs-seckilerine-mudaxile-edib

KİV: Assanj Ekvador səfirliyindən ABŞ seçkilərinə müdaxilə edib

“WikiLeaks”-in təsisçisi Culian Assanj Ekvadorun Londondakı səfirliyindən 2016-cı il ABŞ seçki kampaniyasına təsir göstərən və nüfuzdan salan məlumatın dərc edilməsini özü şəxsən idarə edib. İnsider.az bunu “CNN”-ə istinadla xəbər verir.

Assanjı güdən “Undercover Global” özəl ispan mühafizə şirkətinin hesabatına istinadən edən telekanal bildirir ki, hesabatda Assanjın Ekvador səfirliyində “rusiyalılarla və dünyanın ən peşəkar hakerlərш ilə uzun görüşlər keçirib, həmçinin özü şəxsən verilənlər mübadiləsi prossesinin yüngülləşdirilməsi üçün bahalı kompüter avadanlığını sifariş edib.

“WikiLeaks” təsisçisinə yüksək sürətli internet, telefon əlaqəsi və dəvət etdiyi şəxslərlə konfidensial görüşlər üçün məkan tədim edilirdi.

Assanj bu cür sorğuları “WikiLeaks”-in fəaliyyətinin dəstəklənməsi zərurətilə açıqlayırdı.

Həmçinin Assanj onu dinlənilmə cəhdlərinin qarşısını almaq üçün nəzərdə tutulmuş özünün hazırladığı cihazları tətbiq edirdi.

“CNN”-ə görə, təşkilatın təsisçisi məxfi surətdə, demək olar, Ekvadorun Böyük Britaniyadakı səfiri kimi eyni səlahiyyətlərdən istifadə edirdi.

Samirə Məmmədova