lexus-yeni-vasitesini-ustu-aciq-istehsal-edecek

Lexus yeni vasitəsini üstü açıq istehsal edəcək

Lexus super coupe LC-nin üstü açıq modelini çıxarmağa hazırlaşır.

İnsider.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Lexus, 2015-ci ildən ilk dəfə üstü açılan bir model istehsal edəcək. 

2014-ci ildə RC-nin üstü açılan konsepsiyasını sərgiləyən Lexus LC-nin üstü açıla bilən konsepsiyasını yanvar ayında həyata keçirilən Detroit Avtomobil Sərgisində təqdim edib.

Şirkət sözügedən prototipi gümüşü və qara rəqəmsal kamuflyaj motivləri ilə təqdim edib. Lexus önümüzdəki dövrdə avtomobilin texniki detallarını və istehsal tarixini açıqlayacaq.

Nübar Lətifli