londonda-100-e-yaxin-ucus-legv-edilib

Londonda 100-ə yaxın uçuş ləğv edilib

"British Airways"-də yaşanan problemə görə Londonda 100-ə yaxın uçuş ləğv edilib, digər reyslər isə 5 saata qədər təxirə salınıb. Problemin Avropa reysləri ilə məhdudlaşması təklif edilib.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, "British Airways"-nın kompüter sistemindəki texniki problemə görə  Londonda "Heathrow" hava limanında 81, "Gatwick"-də 10 uçuş ləğv edilib, 200 reys 5 saat təxirə salınıb.

BA-dan edilən yazılı açıqlamada ləğv və gecikmələrin "sistem problemi" ilə əlaqədar olduğu təsdiqlənib, zərər çəkmiş  sərnişinlərdən üzr istənib.

Şirkət tərəfindən problemin yalnız Avropa reyslərində olduğunu açıqlasalar da, ancaq zərər çəkmiş sərnişinlərin ictimai media paylaşımlarında problemin Yaponiyadan ABŞ-a qədər bütün ölkə reyslərində olduğu bildirilib.

Şirkətin kompüter sistemində qeydiyyat və gediş şöbələrində meydana gələn problem davam edir. 

Qeyd edək ki, BA-nın kompüter sistemində 2017-ci ildə yaşanan və iki gün davam edən problemə göər 75 min sərnişinə mənfi təsir etmiş, şirkət 100 milyon funt sterlinq zərər görmüşdü.

Nübar Lətifli