lukoil-mineral-gubre-istehsalcisini-1-milyard-dollara-almaq-isteyir

“Lukoil” mineral gübrə istehsalçısını 1 milyard dollara almaq istəyir

“Lukoil” şirkəti Tatarstanın mineral gübrələr istehsal edən “Ammoniy” zavodu üçün 1 milyard ABŞ dolları təklif edir.

İnsider.az xəbər verir ki, zavod neft şirkətinin mineral gübrə buraxan ilk aktivi ola bilər.

Qeyd olunur ki, müflisləşmədən öncəki durumda olan “Ammoniy”i almağa iki şirkət iddialıdır. Daha əvvəl öz marağını Rusiyada ən iri gübrə istehsalçısı olan “Evroxim” səsləndirib. Hər iki şirkət Tatarstandakı zavod üçün eyni qiyməti təklif edir.