maliyye-bazarlarina-nezaret-palatasi-resmi-saytini-yenilemeye-pul-ayirib

Maliyyə Bazarlarına Nəzarət Palatası rəsmi saytını yeniləməyə pul ayırıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəsmi saytı yenidən hazırlanacaq.

İnsider.az xəbər verir ki, bununla bağlı MBNP-nin elan etdiyi kotorovka sorğusunun qalibi müəyyənləşib.

Belə ki, qurum tərəfindən iyunun 4-də keçirilmiş "Palatanın rəsmi internet səhifəsinin yenidən hazırlanması" xidmətinin satın alınması üzrə kotirovka sorğusu üsulu ilə satınalmaya dair müsabiqədə "SF-Media" MMC 19.700 (on doqquz min yeddi yüz) manat məbləği ilə qalib elan olunub.

Qalib gəlmiş iştirakçı ilə iyulun 19-da müvafiq satınalma müqaviləsi imzalanıb.