merkel-titremelerini-serh-etdi

Merkel titrəmələrini şərh etdi

Almaniya kansleri Angela Merkel bildirib ki, səhhəti ona AFR höküməti rəhbərinin səlahiyyətlərini icra etməyə imkan verir. İnsider.az-ın məlumatına görə, bu barədə o, iyulun 19-u Berlindəki mətbuat konfransında bəyan edib.

“Siz məni artıq çoxdandır tanıyırsınız, mən öz vəzifələrimi icra edə bilirəm”, - deyə Merkel jurnalistlərin onun sağlamlığı haqqında nəyə görə soruşduqlarını anladığını əlavə edib.

Merkel 2021-ci ildə kansler səlahiyyətlərinin icra müddətinin bitdiyini və “sonra başqa həyatın olacağına” ümid etdiyini qeyd edib.

Xatırladaq ki, iyul ayında Merkelin Finlandiya baş naziri Antti Rinne ilə görüşü zamanı onun üçüncü dəfə titrəməsi diqqəti cəlb etmişdi.

Samirə Məmmədova