merkezi-bankdan-manat-aciqlamasi

Mərkəzi Bankdan manat AÇIQLAMASI

Manatın məzənnəsinin sabit qalması ilə bağlı hazırda Azərbaycanda bütün iqtisadi şərait mövcuddur.

İnsider.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın valyuta ehtiyatları və qlobal bazardakı sabitlik imkan verir ki, manatın sabitliyi qorunsun: "Mövcud şərait ilin sonuna qədər manatın məzənnəsinin sabitliyinin təmin olunmasına imkan verir".