microsoft-airpods-un-qatilini-buraxmaga-hazirlasir

“Microsoft” “AirPods”-un “qatilini” buraxmağa hazırlaşır

ABŞ-ın “Microsoft” şirkəti yaxın zamanda öz fərdi simsiz qulaqcıqlarını bazara çıxarmağı planlaşdırır.

İnsider.az bu barədə “Thurrott”-a istinadla xəbər verir.

Şirkətin planları barədə agah olan bir neçə mənbənin sözlərinə görə, yenilik “The Doors” qrupunun lideri Cim Morrisonun şərəfinə “Morrison” kod adı alıb. Lakin dəqiq olmasa da, bazara “Surface Buds” adı altında çıxa bilər.

Cihazın funksionalına gəldikdə isə, “qatil”, yəni “Apple AirPods”-un rəqibi və əvəzedicisi, güman edilir ki, “Cortana” virtual köməkçi ilə işləyəcək və səsboğucu sisteminə malik olacaq.

Əlavə heç bir təfərrüat açıqlanmır. Qiymət və təxmini reliz tarixi də bildirilmir. Ancaq yeniliyin artıq 2019-cu ildə satışda olacağı gözlənilir.

Samirə Məmmədova