microsoft-bu-hesablari-silecek

“Microsoft” bu hesabları siləcək

ABŞ-ın “Microsoft” korporasiyası hesablara dair siyasətindəki dəyişikliklər barədə elan etdi.

İnsider.az bunu şirkətin bloquna istinadla xəbər verir.

Bundan sonra öz hesabını işlək saxlamaq üçün əvvəlki kimi iki ildə beş dəfə yox, ən azı bir dəfə giriş etmək lazımdır.

Hesab, onun vasitəsilə alış-veriş edildikdə aktiv sayılacaq. Lakin bununla yanaşı hədiyyə kartları, sertifikatlar və ya abunəlik üzrə servislər nəzərə alınmayacaq. Əgər müştəri “Microsoft”a abunədirsə və ya onun sertifikatına sahibdirsə, onun hesabı işləməyə davam edəcək.

İstifadəçi “Microsoft Store”da məhsulunu nəşr etdikdə (istər tətbiq olsun və ya oyun) və ya onun “Microsoft” partnyorları mərkəzində qeydiyyatda olduğu təqdirdə də hesab silinməyəcək. Hesab həmçinin onun balansında pul vəsaitinin olduğu halda, işlək olaraq qalacaq.

Samirə Məmmədova