microsoft-edge-brauzeri-artiq-windows-7-ve-8-ucun-elcatandir

“Microsoft Edge” brauzeri artıq “Windows 7” və “8” üçün əlçatandır

“Microsoft Edge” “Windows 7” və “8” əməliyyat sistemləri üçün artıq əlçatan oldu. Hələ ki, o, açıq beta-testetmə çərçivəsində əlaçatandır.

İnsider.az bunu “Microsoft”-un rəsmi saytına istinadla xəbər verir.

Brauzerin interfeysi qismən “Chrome”-dakına oxşayır. Yeni populyar “Chromium” veb-brauzerə keçidlə brauzer, misal üçün, ayrıca açılmış əlavə səhifələrin kənarda yığılması və səifələrin yuxarısında qeydlərin çəkilməsi kimi bir neçə funksiyasını itirib.

Lakin indi bunun əvəzinə o, “Chrome”-un genişlənmələrini dəstəkləyir və onları bilavasitə “Google”-un mağazasından yükləmək mümkündür.

Brauzerə funksiyaların əlavə olunması davam etdiyi üçün reliz anına kimi o, hələ dəyişikliklərə məruz qala bilər.

Samirə Məmmədova