microsoft-windows-un-geleceyini-nece-gorur-goze-gorunmeyen-fon-yenilenmeleri-bulud-tetbiqleri-ve-5g

“Microsoft” “Windows”-un gələcəyini necə görür: “gözə görünməyən” fon yenilənmələri, bulud tətbiqləri və 5G dəstək

“Computex 2019” sərgisində “Microsoft” öz “müasir əməliyyat sisteminin” xəyalı ilə bölüşdü: istənilən daxil etmə üsullarının dəstəyi, buludda iş və təkrar yükləmə olmadan iştifadəçi üçün görünməz olan yenilənmələr. İnsider.az bunu şirkətin bloquna istinadla xəbər verir.

Jurnalistlər hesab edir ki, şirkət bu şəkildə “Windows 10”-dan olduqca fərqli modul bulud əməliyyat sisteminin, yəni 2020-ci ildə işə salınması planlaşdırılan “Windows Lite”-ın tərtibatına işarə edir.

“Microsoft”-dan “gələcəyin əməliyyat sistemi”

Şirkət hesab edir ki, yeni cihazlar üçün özündə çoxlu yeni alət ehtiva edən “müasir əməliyyat sistemi” lazımdır. Məsələn, “Windows 10” yenilənmələri mexanizmindən olduqca fərqlənən “fasiləsiz yenilənmələr”.

“Müasir əməliyyat sistemi” təhlükəsiz olmalıdır, onda olan hesablamalar isə “tətbiqlərdən ayrı” keçəcəcəklər ki, bu da “The Verge”-ün fikrinə görə, sistemin baza funksiyalarının buludla əlaqəsini nəzərdə tutur.

“Microsoft” yeni əməliyyat sisteminin 5G şəbəkələrində işləməsini, süni intellekt texnologiyalarını və daxiletmənin istənilən növlərini dəstəkləməsini istəyir: sensorlu, səsli, lələk və baxış vasitəsilə, həmçinin istənilən forma-faktorların cihazları üçün ayarlar da çevik olsun.

Sistem daima şəbəkədə olacaq – “Wi-Fi”, “LTE” və ya “5G” vasitəsilə, istifadəçinin bütün cihazları isə bir-birilə sinxronlaşacaqlar.

“Microsoft” “Gələcəyin əməliyyat sistemi” tərtibatında istifadəçi və əməliyyat sisteminin buludun hesablama qüvvəsi üzərindən qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq üçün əsas vurğunu bulud texnologiyalarına edəcək.

“Windows Lite” nədir?

2019-cu ilin mart ayında “The Verge” iki ekranlı cihazlar, həmçinin ucuz kompüter və noutbuklar üçün nəzərdə tutulmuş “Windows Lite” kod adı ilə yeni əməliyyat sisteminin tərtibatı barədə xəbər vermişdi.

“Windows Lite” “Chrome OS”-nə bənzər yanaşması olan “Windows 10”-un “sadələşdirilmiş” versiyası olacaq. Bu, sistemi müxtəlif cihaz növlərinə optimallaşdırmağa imkan verən yeni “C-Shell” qlaflı və “Windows Core” nüvəli, modullu əməliyyat sistemi olacaq.

Xarici görünüş “Windows”-un adət olunmuş görünüşündən fərqlənəcək - plitkasız və qatlanan cihazlar və sensorlu ekranlar üçün adaptasiya edilmiş və yenilənmiş interfeyslə.

“Microsoft” “Lite”-ı yeni proqram platforması kimi göstərmək üçün “Windows” sözündən imtina edə bilər. Sadə məsələləri həll etmək istəyən istifadəçilər “Lite” üzərində olan cihazları, daha tələbkar olanlar isə, məsələn geymerlər və korporativ seqment “Windows 10”-u seçə bilərlər.

“Windows Lite” nə vaxt çıxacaq?

“Windows Lite”-ın təqdimatı “Microsoft Build 2019” konfransında 2019-cu ilin mayında baş tutmalı idi, lakin “Windows Central” bildirir ki, onun işə salınması təxirə salındı. Nəşrin məlumatına əsasən, “Microsoft” “Windows Lite”-a “EdgeHTML” əsasında “Microsoft Edge” brauzerinin orijinal versiyasını inteqrasiya edib. Lakin “Edge”-in “Chromium”-a keçidinə görə daha çox vaxt lazım olur – yeni brauzerə “Win32”-in dəstəyi tələb olunur.

“Windows Lite”-ın daxili test etməsi cari ilin yay vaxtına təyin olunub, ilk cihzlar isə 2020-ci ildən tez çıxmayacaq. Hazırda şirkət “Windows Lite”-ı “Microsoft Surface” cihazlarında (“Surface Go” və “Surface Pro 6”) test edir.

Samirə Məmmədova