microsoft-yeni-xbox-project-scarlett-konsolunun-detallarini-aciqlayib

“Microsoft” yeni “Xbox Project Scarlett” konsolunun detallarını açıqlayıb

“Microsoft” şirkəti gələcək “Xbox Project Scarlett” konsolunun detallarını açıqlayıb. Konsolun təqdimatı 2020-ci ildə baş tutmalıdır.

İnsider.azın “The Verge”-ə istinadla verdiyi məlumatına görə, istehsalçı, rəqibi olan “Sony” kimi, əsas diqqəti  oyunların yüklənmə sürətinə edir. Xüsusi olaraq bunun üçün son nəsil “SSD” quraşdırılmışdır.

Əsas prosessor “Navi” bazası əsasında “AMD”-dən olan “Zen2”-dir. Ehtimal edilir ki, gücünə görə konsol indiki nəsildə ən qüvvətli olan “Xbox One X”-dən dörd dəfə üstün olacaq.

Qeyd edək ki, konsolun həmçinin şüaların istiqaməti göstərmə, “120 FPS”-lik kadr tezliyi və 8K-icazə dəstəyini əldə edəcəyi gözlənilir. Dizayn daxil olmaqla, digər təfərrüatlara gəldikdə, istehsalçı hələ ki, onları sirr olaraq saxlayır.

Samirə Məmmədova