mozilla-firefox-brauzerinin-odenisli-versiyasini-buraxmagi-dusunur

“Mozilla” “Firefox” brauzerinin ödənişli versiyasını buraxmağı düşünür

“Mozilla” şirkəti cari ilin oktyabrında “Firefox” brauzerinin ödənişli versiyasını buraxa bilər.

İnsider.az bu barədə “T3N” alman nəşriyyatına istinadla xəbər verir.

Ehtimal edilir ki, istifadəçilər brauzerdəki əlavə servislərə olan abunəliyə görə ödəniş edəcəklər. Abunəliyin qiyməti hələ ki, müəyyən edilməyib.

“Aydınlıq gətirmək üçün bildirirəm ki, biz hazırda pulsuz olan xidmətlərə görə pul götürməyi planlaşdırmırıq. Biz servisin premium-səviyyəsini təklif edəcəyik”, - deyə “Mozilla”-nın rəhbəri Kris Bird söyləyir.

“The Next Web” resursu qeyd edir ki, “Mozilla” istifadəçilərə privatlığın qorunması üçün VPN-servisə və digər funksiyalara giriş verə bilər. Şirkət artıq “ProtonVPN” servisi ilə eksperiment aparıb və brauzerdə onun aylıq 10 dollara olan abunəliyini irəliyə çəkib.

Samirə Məmmədova