musavir-tramp-sabit-dollar-isteyir

Müşavir: Tramp sabit dollar istəyir

Ağ Evin iqtisadi müşaviri Larry Kudlow, ABŞ dollarının dünya valyutası olduğunu və ABŞ Prezidenti Donald Trampın Dolların belə qalmasını istədiyini deyib.

İnsider.az xəbər verir ki, Kudlow, Trampın sabit bir dollar istədiyini də əlavə edib.

Sərt pul siyasətinin iqtisadiyyat üçün böyük bir problem olduğunu deyən Kudlow, ancaq Trampın vergi güzəştləri, sərt tələblərin azaldılması və ticarət islahatları kimi siyasətlərinin işə yaradığını bildirib.

Kudlow, "Güclü bir 2019-un ikinci yarısına giririk, mənim proqnozum budur" - deyib. 

Çin ilə ticarət danışıqları məsələsinə dair Kudlow, "İlin sonuna qədər bir razılaşma olub olmayacağını təxmin etmək imkansızdır",- bildirib. 

Kudlow, "Bu həftə Şanxayda keçiriləcək növbəti turda, ümid edirəm ki, May ayında qaldığımız yerə qayıdacağıq və ABŞ tərəfi olaraq biz Çinin söz verdiyi kimi, ABŞ kənd təsərrüfatı məhsulları və məmulatlarını satın almağa başlamasını çox istəyirik" - deyib.

©Marja