nasa-nin-ilk-rehberi-vefat-edib

NASA-nın ilk rəhbəri vəfat edib

Bazar ertəsi iyulun 22-də NASA-nın ilk rəbəri olan Kristofer Kraft 95 yaşında vəfat edib. O, Xyustonda, Texas ştatında vəfat edib – ölümü barədə əlavə təfərrüatlar bildirilmir. İnsider.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.

“NASA pionerlərinin biri olan uçuşların ilk direktoru Kris Kraftın ölümü ilə Amerika bugün həqiqi milli dəyərini itirdi”, - ABŞ Aerokosmik agentliyinin bəyanatında deyilir.

Qeyd edək ki, Kraftın ən vacib kəşflərindən biri uçuşlara nəzarətin mərkəzinin konseptinin yaradılması idi – məhz Yerdən raketin buraxılmasına və uçuşuna nəzarət edilməli və kosmik gəmi ilə ekipajın vəziyyətinin daimi monitorinqi icra olunmalıdır. Elə bu zaman bütün mərkəzin koordinasiyasına cavab verəcək şəxsdə zərurət yarandı – nəticədə bu elə Kraft özü oldu. O, uçuşların rəhbəri vəzifəsini alıb. Onun başçılığı altında ilk amerikan astronavtının kosmosa göndərilməsi, ilk insanın orbitə göndərilməsi və ilk insanın Ayda enişi baş tutub.

Samirə Məmmədova