nazir-muavini-diqlasla-bagli-aciqlama-verdi

Nazir müavini Diqlasla bağlı açıqlama verdi

“Bildiyiniz kimi, Diqlas ticarət mərkəzində baş vermiş yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı dövlət komissiyası yaradıldı. Eyni zamanda, İqtisadiyyat Nazirliyində işçi qrup yaradıldı və qanunvericiliyə uyğun tədbirlər görüldü”. 

İnsider.az xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Azərbaycan Menecment və İnnovasiya Forumu” çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, ayrılmış vəsait seçilmiş banklar vasitəsilə sahibkarlıq subyektlərinə təqdim olunub: “Hazırda istintaq prosesi davam edir və biz onun nəticəsini gözləməliyik. Ümumiyyətlə, bu proseslər xarici təcrübədə də sığorta mexanizmləri vasitəsilə tənzimlənir. Belə hallar baş verdikdə sığorta mexanizmləri işə düşür və sahibkarlıq subyektlərinə dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənir. Sözsüz ki, Azərbaycanda da qanunvericilikdə bu məsələlər nəzərə alınıb. Sahibkarlara tövsiyyə edirik ki, əmlaklarını sığortalasınlar və belə hallarla üzləşməsinlər”.
Şəfa Tapdıq