neft-bahalasib

Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.

İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,10 dollar və ya 0,19% artaraq 52,61 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,18 dollar və ya 0,29% artaraq 62,19 dollar təşkil edib.