neft-ucuzlasib

Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,56 dollar və ya 0,97% azalaraq 57,34 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,53 dollar və ya 0,82% azalaraq 64,33 dollar təşkil edib.