neft-ucuzlasib

Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,52 dollar və ya 0,82% azalaraq 62,61 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,40 dollar və ya 0,55% azalaraq 71,78 dollar təşkil edib.