neft-ucuzlasib

Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,14 dollar və ya 0,26% azalaraq 53,11 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,26 dollar və ya 0,42% azalaraq 61,02 dollar təşkil edib.